12.000 il əvvəl nəsli kəsilmiş canavar cinsi yenidən həyata qaytarılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yerləşən biotexnologiya şirkəti Colossal Biosciences, təxminən 12.000 il əvvəl nəsli kəsilmiş canavarları gen mühəndisliyi üsullarından istifadə edərək həyata qaytardığını açıqladı.
Şirkət boz canavarların DNT-sini redaktə edərək diqurdların fərqli fiziki xüsusiyyətlərinə malik üç canavar balası yaradıb və onlara Romulus, Remus və Khaleesi adını verib.
Colossal Biosciences 13.000 illik diş və 72.000 illik kəllədən alınan qədim DNT nümunələrini təhlil edərək, boz canavarların genomunda 20-yə yaxın genetik dəyişikliyi müəyyən edib.
Bu dəyişikliklər böyük bədən ölçüsü, geniş baş quruluşu və ağ xəz rəngi kimi direvolfun fərqli xüsusiyyətlərini yenidən yaratmaq məqsədi daşıyır.
Aysel