Xəbər verdiyimiz kimi, 6 il əvvəl 12 yaşında olan bir qızı, atasından 5 min lirəyə “satış müqaviləsi” imzaladaraq alan 54 yaşındakı kişi həbs olunub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 12 yaşlı qız mətbuata açıqlama verib. O, bütün məsələlərə aydınlıq gətirib. Qız atasına və onu müqavilə ilə alan şəxsə ağır cəza verilməsini tələb edib: “Atama və məni alan o alçağa ağır cəza verilməsini istəyirəm. O hər gün məni zorlayırdı. İndi istəsəm belə özümü heç vaxt təmizə çıxarda bilməyəcəyəm".
Qeyd edək ki, gənc qız 2006-cı ildə atası tərəfindən 5 min lirəyə satılıb. Hətta atası ilə onu alan şəxs arasında müqavilə də imzalanıb. Müqavilədə deyilir: “Qızımı 5 min TL-yəsatdım. 12 Fevral 2006 tarixi etibarilə qızımı Yusuf A-ya təslim edirəm. Pulu nağd aldım. Yuxarıdakı tarixdən etibarən Yusuf A-ın idarəsində olacaq. Ata olaraq razılaşıram”
Ozal İbrahimli