12 yaşını qeyd edən gənclər təşkilatının sədri: “Bu bizi yolumuzdan çəkindirməyib”

12 yaşını qeyd edən gənclər təşkilatının sədri: “Bu bizi yolumuzdan çəkindirməyib”
GƏNCLİK
13:25 30.08.2017
1843

2005-cı ildən "Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən "İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin 12 yaşı tamam olur.

Birliyin ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən fəal və strukturlaşmış gənclər birliklərindən biridir:

"Biz bu illər ərzində 800-ə yaxın müxtəlif istiqamətli layihə və tədbirlər reallaşdırıb, dövlətimizin böyük uğurla reallaşdırdığı gənclər siyasətinə kiçik də olsa töhfəmizi verməyə çalışmışıq. Təşkilatımızın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənci birləşib. 12 il ərzində dünyanın 6 ölkəsində, ölkəmizin 30 rayonunda müxtəlif tədbirlər təşkil edib, çoxsaylı konfranslarda iştirak etmişik. Azərbaycan həqiqətlərinin dünyada təbliği, milli dövlətçilik maraqlarımızın qorunması istiqamətində yalnız yerli deyil, beynəlxalq səviyyədə də fəaliyyət göstərməyə, nəticə əldə etməyə çalışmışıq. Türkiyə, Ukrayna, Rusiya, Gürcüstanda təşkil etdiyimiz beynəlxalq səviyyəli tədbirlərimizə bu ölkələrin önəmli ictimai-siyasi xadimləri qatılıb, nüfuzlu media quruluşları diqqət göstərib. Bütün bu fəaliyyətimiz dövründə isə tək güvənc  və dəstək ünvanımız güclü Azərbaycan dövləti olub”

Fərid Şahbazlının sözlərinə görə, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə Prezidenti İlham Əliyevin siyasi xəttini müdafiə ediblər: "Ən müxtəlif formalarda, ən radikal platformalarda Azərbaycan gəncliyini özünün təxribatçı əməllərinə alət etməyə çalışan yerli və xarici dairələrə qarşı mövqeyimizi sərt şəkildə ortaya qoymuşuq. Buna görə, radikal qruplar dəfələrlə üzərimizə gəlsələr də, ən sərt formada tənqid və hətta təhqir etsələr də bu bizi yolumuzdan çəkindirməyib və bu həmişə belə davam edəcək.

Çünki bizim Liderimiz və məqsədimiz bəllidir. Biz dövlətimizin inkişafını yalnız Ulu Öndər Heydər Əliyevin ideyalarında və Cənab Prezident, Azərbaycan gəncliyinin ən böyük dostu və himayədarı İlham Əliyevin reallaşdırdığı alternativi olmayan siyasi kursda görürük. Liderimizə və məqsədimizə daima sadiq qalacağıq!”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir