12 yaşlı Tamillanın müalicəsinə 111 min dollar köçürüldü

12 yaşlı Tamillanın müalicəsinə 111 min dollar köçürüldü
Bütün Xəbərlər
14:34 18.01.2013
1827

Adının gizli qalmasını istəyən şəxs 12 yaşlı Tamillanın müalicəsi üçün 111 min dollar kömək edib.AZXEBER.COM-un məlumatına görə, yardımı göstərən adam öz adını gizlədir. Ödənişin edilməsi ilə bağlı qəbz Facebook sosial şəbəkəsində paylaşılıb.Qeyd edək ki, 12 yaşlı Tamilla Hüseynovanın qaraciyərinin fəaliyyəti dayanmışdı. O, Türkiyənin Memorial xəstəxanasında müalicə olunurdu. Pul da həmin xəstəxananın bank hesabına köçürülüb. Bu gün səhər artıq uşaq əməliyyat olunub.Facebook-da yayılan məlumatda 7 saat davam edən əməliyyatdan sonra uşağın artıq komadan çıxdığı və köməkçi vasitələr olmadan nəfəs aldığı bildirilib.Uşağın valideynləri yardım göstərən naməlum xeyriyyəçiyə minnətdarlıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR