12 yaşlı uşaq 9 yaşlı qohumunu tüfənglə öldürdü

MARAQLI
15:28 29.09.2021
933
12 yaşlı uşaq tüfənglə oynayarkən 9 yaşlı əmisi oğlunu öldürüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ermenek mahalında baş verib.
 
Ş.D əmisinin oğlu Yasin ilə birlikdə atası T.D-yə məxsus tüfəngi alaraq oynamağa başlayıb. Onun təsadüfən tətiyə toxunması nəticəsində tüfəngdən çıxan güllə Yasin adlı şəxsin qarın nahiyəsinə dəyib. Silah səslərini eşidən ailə Yasini qan içində gördükdə polis və təcili tibbi yardıma xəbər veriblər.
 
Həkimlərin müdaxiləsinə baxmayaraq Yasinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR