13 rayon qazsız qalacaq

13 rayon qazsız qalacaq
Bütün Xəbərlər
11:35 10.09.2014
1567
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 15:00-dək Samux və Yasamal rayonlarının, saat 16:00-dək Xızı rayonunun, saat 18:00-dək Mingəçevir şəhərinin, Nizami, Sabunçu, Quba, Göyçay, Cəlilabad, Şəmkir rayonlarının, təmir işləri başa çatanadək isə Nəsimi, Xəzər, Xətai, Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Fasilələrin yaranması qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır
OXŞAR XƏBƏRLƏR