13 yaşlı azərbaycanlı qız BBC-nin diqqətində - VİDEO

13 yaşlı azərbaycanlı qız BBC-nin diqqətində -  VİDEO
Bütün Xəbərlər
12:56 13.12.2014
1366

O, kamança ilə pabda və məktəblərində keçirilmiş istedadlar müsabiqəsində çıxış edib.

Londonda yaşayan Aida Məmmədova kamança ilə babasının ad günündə tanış olub. Ondan bəri bu alətdə ifa edən Aida üçün kamançaüçüncü musiqi alətidir. Bundan başqa, Aidaskripka və pianoda da ifa edir.Gənc ifaçı “BBC Azərbaycan”a müsahibəsində kamança ilə tanışlığından və çıxışlarından danışıb.

13 yaşlı Aida Məmmədova Londonda doğulub. Valideynləri İngiltərəyə Azərbaycandan köçüb və uzun illərdirburada yaşayırlar.

Aidanın kamança müəlliməsi Sevda xanım isə onlarla qapıbir qonşudur. Aida deyir ki, qonşuluqda Azərbaycandan gəlmiş başqa bir kamança ifaçısının olmasından xəbər tutandaçox təəccübləniblər.

Aida Məmmədova kamança ilə pabda və məktəblərində keçirilmiş istedadlarmüsabiqəsində çıxış edib.

Onun son çıxışı isə BBC-nin Azərbaycanxidmətinin 20 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirdə baş tutub.//oxu.az

OXŞAR XƏBƏRLƏR