13 yaşlı azərbaycanlı Qran-Pri aldı

MƏDƏNİYYƏT
10:13 01.05.2013
1709
13 yaşlı vokalçı Yasin Həsənov İtaliyada keçirilən Beynəlxalq "San Remo – Junior" müsabiqəsində iştirak edibAZXEBER.COM-un məlumatına görə, az yaşı olmasına baxmayaraq artıq tanınan ifaçı mətubuat konfransı keçirib İtaliya səfəri barədə jurnalistlərə məlumat verib. Azərbaycan ilk dəfə bu möhtərəm musiqi yarışmasına qatılmasına baxmayraq vətənə qələbə ilə qayıdıb. Yasin İtaliyada keçirilən belə böyük miqyaslı müsabiqənin Qran-Pri mükafatına layiq görülüb. Müxtəlif nominasiyalar üzrə keçirilən və təxminən dünyanın 300-dən artıq istedadının qatıldığı müsabiqədə Azərbaycan təmsilçisi Vokal kateqoriyası üzrə əsas mükafat Qran Pri-yə layiq görülüb.4 mərhələdən ibarət olan müsabiqədə Yasin ilk çıxışdan sonra bütün münsiflərin birmənalı rəyi ilə finala birbaşa vəsiqə qazanıb. Müsabiqənin əsas təşkilatçılarından sayılan, münsiflər heytinin sədri Paolo Alberto Yasinin ifasından çox təsirləndiyni dilə gətirib.Musiqiçi bildirib ki, bu günə qədər Azərbaycandan bu müsabiqəyə bir çox namizədlər təqdim edilsə də, heç biri müsabiqədə iştirak etmək şansı əldə edə bilməyib. Hətta italyalı münsifin sözlərinə görə, Azərbaycandan təqdim olunan bəzi namizədlər üçün pul, rüşvət də təklif edilib ki, San Remo müsabiqəsində iştirak etsinlər. Ancaq müsabiqə o qədər peşəkar münsiflərdən ibarət heyətlə əməkdaşlıq edir ki, yalnız istedadı və səsi olan iştirakçılar bu şansı əldə edə biliblər.Yasinin bu müsabiqədə iştirakı Gənclər və İdman Nazirliyinin maddi və mənəvi dəstəyi ilə reallaşıb. Bundan əlavə, Yasinin oxuduğu orta məktəbin müəlliməsi də müsabiqəyə qatılmaq üçün Həsənovlar ailəsinə maddi köməyini əsirgəməyib. Mətbuat konfransında Yasinin anası Rəna xanım müsabiqəyə son günə qədər qatılmaq imkanlarının olmadığını dilə gətirdi: "Yetərincə maddi imkanımız olmadığından son günə qədər müsabiqəyə qatılmağımız sual altında idi. Sağ olsunlar, Gəncələr və İdman Nazirliyi və Yasinin təhsil aldığı 6 saylı orta məktəbin direktoru Gülşən Orucova bizə dəstək oldular. Onlar maddi köməklik göstərməsəydiər, biz bu müsabiqəyə qatıla bilməzdik. Orada da çox çətinliklərimiz oldu. Ancaq Yasin ifası ilə hamının sevgisini qazana bildi. Hətta Paolo Alberto müsabiqə bitdikdən sonra bizimlə söhbətində Yasinin qeyri-adi səsə malik olduğunu dilə gətirdi".Mətbuat konfransında iştirak edən Yasinin vokal müəlliməsi Solmaz Yolçuqızı tələbəsinin potensialına inandığını, hər zaman üzərində çalışdığını xüsusilə vurğuladı.Yasinə İtaliya Konservatoriyasının rəhbəri orada təhsil almaq şansının olduğunu bildirib. Ancaq Həsənovlar ailəsi bu təklifə maddi imkanları olmadığından razılıq verə bilmirlər.

OXŞAR XƏBƏRLƏR