Meksikanın Pyedras Neqras şəhərində ümumi cəzaçəkmə həbsxanasından 130-a yaxın məhbus qaçıb. Ölkə tarixində ən irimiqyaslı həbsxana zorakılıqlarından biri kimi göstərilən hadisəyə görə həbsxananın direktoru General Omero Ramos günahkar hesab edilir.
Hazırda direktor və həbsxananın 2 əməkdaşı həbs edilib. Təhlükəsizlik qüvvlələri kütləvi şəkildə məhbusların axtarışına cəlb olunublar. Polisin sözlərinə görə, məhbuslar 6 metr hündürlüyü və 1 metr eni olan tunel vasitəsilə həbsxanadan qaçmağa nail olublar.
Onlar arasında qadın məhbusların da olduğu bildirilir. Hadisə ilə bağlı açıqlama verən Meksika prezidenti Felipe Kalderon isə baş verənləri biabırçılıq adlandırıb. Hazırda faktla bağlı araşdırma aparılır.