135 gündür məzarının üstü götürülməyən şəhidin ailəsi danışdı - ÖZƏL

SOSİAL
13:55 16.08.2016
7470

Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, aprel döyüşlərində şəhid olan Samir Qaçayevin ailəsi şəhidə məzar daşının qoyulmaması məsələsinə aydınlıq gətirib.

AZXEBER.COM-la əlaqə saxlayan şəhidin ailə üzvləri sosial şəbəkələrdə yayımlanan məlumatların həqiqəti əks etdirmədiyini söyləyiblər. Belə ki, şəhidin ailə üzvləri qeyd edib ki, məzar daşı özəl hazırlanığı üçün onun qoyulması ləngiyir:

“Samir şəhid olandan sonra bizə baş daşı qoyulması üçün müraciət etdilər. Amma onun tələbə yoldaşları bizdən təkidlə Samir üçün özəl büst hazırladıqlarını və buna görə də onları gözləməyimizi xahiş etdilər. Buna görə biz başdaşı qoymadıq. Hazırda o büst üstündə iş gedir və sentyabr ayına tam hazır olacaq”.

Qeyd edək ki, bu gün aprel döyüşlərində canını Vətən uğrunda qurban verən1994-cü il doğumlu Samir Qaçayevin Şamaxının Məlhəm kəndindəki məzarlığından görüntülər yayımlanıb. Videoda şəhidin məzar daşının aylardır qoyulmadığı bildirilib.

OXŞAR XƏBƏRLƏR