"14 fevralda heç vaxt kimisə təbrik etməmişəm" - Deputat

SOSİAL
15:11 14.02.2022
1169
"Mən bilmirəm 14 fevral nə günüdür. 14 fevralda heç vaxt kimisə təbrik etməmişəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas "14 Fevral” gününə münasibət bildirərkən deyib. 

Deputat qeyd edib ki, bizdə sevgililər günü 30 iyunda olmalıdır:

"İndi bunu dünya qəbul edir, biz də buna qoşulmuşuq. Yadımdadır, İlham və Fərizənin toyu olduğu günün, yəni 30 iyunun sevgililər günü olması üçün Əvəz Zeynallı bir kampaniya başlatmışdı. Amma, təəssüf ki, ona dəstək olan olmadı. Bizdə sevgililər günü elə həmin gün olmalıdır, ona dəstək olmadıq. Biz 30 iyunda bir neçə dəfə gedib onların qəbrinin üzərinə gül qoymuşuq. Amma bilirəm ki, gün gələcək, o gün sevgililər günü olacaq. İndi nə sevgililər günü?".

Deputat deyib ki, bu gün heç kimi təbrik etməyib: 

"Valentin günüdür, nədir, billmirəm vallah. Mən bu günü kimisə təbrik etmirəm, etməmişəm, bu gündən sonra da bilmirəm edəcəm, yoxsa yox”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR