14 rayonda qaz olmayacaq

14 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
12:13 29.10.2014
796
Təmir-quraşdırma işləri aparılır.
Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Sabunçu, saat 15:00-dək Nərimanov, saat 16:00-dək Xətai, saat 18:00-dək Lənkəran, Ağstafa, Tovuz, Masallı, Xaçmaz, Siyəzən, Samux və Yasamal, işlər başa çatanadək isə Xəzər, Gədəbəy və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR