14 saylı cəzaçəkmə müəssisəsində məhkumun işgəncə ilə öldürülməsinə – MÜNASİBƏT

14 saylı cəzaçəkmə müəssisəsində məhkumun işgəncə ilə öldürülməsinə – MÜNASİBƏT
Bütün Xəbərlər
12:07 25.12.2014
1761
“14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.
Y. İsakov bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib: 
“Hadisə ilə bağlı eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb və istintaq aparılır” .
Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Babayev dekabrın 22-də müəssisədə dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR