14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu- FOTO

SOSİAL
19:20 21.09.2020
372

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa etdirilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digərləri iştirak edib. 

Tədbirdə Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilib. Bildirilib ki, sosial müdafiə proqramlarından biri olan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1 500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Naftalan şəhərində, Ağstafa və Lerik rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 598 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 44 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8 186 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına  görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 







OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:39 23.10.2020

Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb

23:23 23.10.2020

Müdafiə Nazirliyi: “PUA-larımız Ermənistan üzərində uçmur”

23:18 23.10.2020

Azərbaycanın dörd şəhərində binalarda yeraltı qaraj mərtəbəsi tikiləcək

23:08 23.10.2020

Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”

23:07 23.10.2020

"Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi"

22:59 23.10.2020

Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq

22:35 23.10.2020

Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTO

22:18 23.10.2020

Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib

22:03 23.10.2020

“Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi məlumatı xülyadır”

21:58 23.10.2020

“Ordumuz Xankəndi və Xocavəndi atəşə tutmur”

21:53 23.10.2020

Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir”

21:34 23.10.2020

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

21:21 23.10.2020

Azərbaycanda yaşayan erməni qadın ölkəmizdə ona olan münasibəti türkiyəli jurnalistlərə danışdı - VİDEO

21:08 23.10.2020

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

20:55 23.10.2020

Tural Gəncəliyev: "Separatçıların liderinin Putinə məktubu etik normalardan kənardır"

20:41 23.10.2020

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ