AZXEBER.COM bu barədə "AP News"a istinadən xəbər verir.
Məlumata görə, gəmi Campea adasındakı limandan çıxaraq Cənubi Sulavesi əyalətindəki Selayar adalarına doğru istiqamət alıb. Hadisə baş verən zaman gəmidə ümumilikdə 70 sərnişin və heyət üzvü olub.
Bildirilir ki, bir gün əvvəl gəminin mühərriki sıradan çıxıb, bundan sonra isə o, təyinat limanından təxminən 79 km aralıda batmağa başlayıb.











































