14 yaşlı məktəbli cizgi filminə görə intihar etdi - FOTO

DÜNYA
12:14 01.11.2012
1816
Rusiyanın Perm vilayətində 14 yaşlı oğlan həyatına könüllü son qoyub.
Çaykovsk şəhərinin sakini, 14 yaşlı Leonid Xmelyov "Naruto: qasırğa xronikalar" multiplikasiya serialının yeni seriyasına baxandan sonra Vkontakte solsial şəbəkəsindəki səhifəsinə "Mən tərk edəcəyəm..." yazıb və gecə saatlarında evdən qaçıb.
Ertəsi gün səhər saatlarında o, 10 mərtəbəli yaşayış binasının damından aşağı atılıb.
Polisdən verilən məlumata görə, ilkin versiyalara əsasən, Xmelyov serialda sevimli qəhrəmanının həlak olduğunu görəndən sonra depressiyaya düşübmüş.
Xmelyov "İtaçi Uçiha" adlı multiplikasiya obrazının fanatı idi.
"Naruto: qasırğa xronikaları" serialında İtaçi Uçiha bütün tayfasını məhv edərək yalnız kiçik qardaşı Saskeni öldürmür.
Amma Saske qardaşından qisas almağa çalışır və axırda onu öldürür.

OXŞAR XƏBƏRLƏR