Türkiyənin Zonquldaq şəhərində 14 yaşlı oğlana təcavüz edən 12 nəfərin məhkəməsində insident yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmədən çıxardılan şəxslərə, məhkəmənin önündə dayanan bir qrup gənc hücum edib.
Polisin hadisəyə vaxtında müdaxilə etməsi nəticəsində insidentin qarşısı alınıb.
Qeyd edək ki, araşdırmalar zamanı 15 nəfərin azyaşlıya 2 ildən çox təcavüz etdiyi ortaya çıxıb. Polis tərəfindən keçirilən əməliyyatlar nəticəsində 13 nəfər həbs edilib. Onlardan 3-ü hələ də axtarışdadı.