14 yaşlı qız əməliyyatla dəyişdi - FOTOLAR

DÜNYA
14:34 02.08.2012
5153

ABŞ-ın Corciya ştatında yaşayan 14 yaşlı Nadya Ayl bir neçə plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

AZXEBER.COM-un CNN-ə istinadən bildirdiyi məlumata görə, corciyalı yeniyetmənin yaşıdlarının onu ələ salmaları və təhqirlərindən bezərək belə addım atdıqları bildirilir.Nadya Aylın dediyinə görə, məhz plastik cərrahiyyə əməliyyatları vasitəsilə yaşıdlarının aşağılamalarından qurtulacağını düşünürdü.Qız 40 min dollar yığandan sonra Nyu-Yorka yollanıb. Əməliyyatların dəyəri dəfələrlə artıq olduğundan, pulların böyük qismini "The Baby Face Foundation" xeyriyyə təşkilatı ödəyib.Nadyanın valideynlərinin dediklərinə görə, qızın problemləri məktəbə ayaq basan gündən başlayıb: "8 yaşlı Nadyanı sinif yoldaşları və yaşıdları sürəkli təhqir edirdilər".Nadya isə söyləyir: "Məktəbdə olduğum ilk gün yanıma gələn qız dedi: "Həyatımda gördyüm ən böyük qulaqlar səndədir. Nə deyəcəyimi bilmədim. Təhqir və aşağılamalara 7 il dözdüm. Amma artıq səbrim tükəndi. Deyib-gülən qızdan insanlardan qaçan adama çevrilmişdim".Nadyanın əzab çəkdiyini görən valideynləri və qohumları pul yığmağa başlayıblar.Qız Nyu-Yorkda otoplastika (qulaqların formasının dəyişməsi), rinoplastika (burun formasının dəyişməsi) və mentoplastika (çənənin formasının dəyişməsi) əməliyyatlarına məruz qalıb.Ağır reabilitasiya dövrü keçəndən sonra Nadya həyatında ilk dəfə olaraq aynaya çəkinmədən baxır. Buna rəğmən o, psixoloji travmasını unutmaq üçün uzun müddət mütəxəssis nəzarətində olmalıdır.

OXŞAR XƏBƏRLƏR