Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı yeniyetmənin atası məlumat verib.
Bildirilib ki, Sahib 4 gün əvvəl yaşadığı evi tərk edərək Xırdalan şəhərinə, anasını görməyə gedib.
Yeniyetmə mağazaya getmək adı ilə evi tərk etsə də, həmin vaxtdan sonra ondan heç bir xəbər alınmayıb.
Hazırda Sahibin axtarışları davam etdirilir.
Sahib haqqında məlumatı olan şəxslərdən 051 832 12 24 (atası) nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.













































