A. Qədirli deyib ki, bu mütəxəssislərə edilmiş müraciətlər əsasən, stasionar müəssisələrə qəbul olmaq üçün yaranmış problemlərlə bağlıdır: “Bu problemlər odur ki, çox vaxt xəstələrdə ambulator poliklinikalardan göndərişlər olmur. Xəstələr stasionar müəssisələrə sənədsiz müraciət edirlər. Müraciət edənlərin bir qismi həkimlərin etik davranışından şikayət ediblər. Bu məsələ də operativ həllini tapır. Amma əsassız müraciətlər də çoxdur”.
Qeyd edək ki, nazirliyin yerlərə təhkim edilmiş mütəxəssisləri şənbə günü də daxil olmaqla, hər iş günü saat 9:00-15:00-dək fəaliyyət göstərirlər.