15 il sonra yenə Azərbaycan Konsulluğu qarşısında - İran izi...

15 il sonra yenə Azərbaycan Konsulluğu qarşısında - İran izi...
SOSİAL
14:26 04.10.2026
118
"Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz! Dünən Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı bir neçə söz demək istəyirəm: Biz bu filmi əvvəllər də görmüşük”.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim - professor Aygün Attar sosial şəbəkə hesabında yazıb.

"Qısa bir araşdırma apardım və məlum oldu ki, həmin şəxslər(!) eyni bəhanə və eyni şüarlarla hələ 21 yanvar 2011-ci ildə də səhnəyə çıxmışdılar. İndi isə, 15 illik fasilədən sonra – 3 oktyabr 2026-cı ildə, yəni Türk Dövlətləri Təşkilatı Günündə onlar yenidən ortaya çıxıblar. Aydındır ki, yenə eyni ssenari gündəmdədir.
 
Ey Türkiyə, ey Azərbaycan – biri ürək, bir can Vətənim– sizcə, bunlar sadəcə təsadüfdürmü?”, - deyə o qeyd edib.
 
//Qafqazinfo
OXŞAR XƏBƏRLƏR