'15 ildir müxalifətdə olanlar bu gənclərin etdiyinin heç bir faizini də etməyiblər' - Ceyhun Osmanlı

GƏNCLİK
17:30 13.06.2013
2812

“Hər zaman sual olunur ki, “İrəli”nin bu cür uğurlar qazanmasının səbəbi nədir? İrəlinin əsl gücü nədədir? Mən bu suala cavab olaraq deyə bilərəm ki, “İrəli”nin əsl gücü tarixindən, keçmişindən ilham alaraq güclənməsidir. “İrəli” öz dövlətinin, millətinin bu günki uğurlarından ilham alaraq güclənir. “İrəli”nin öz millətinin, öz dövlətinin gücündən bəhrələnərək inkişaf edən təşkilatdır. “İrəli”nin əsl gücü yarandığı gündən hər kəsin inamını qazanması , xüsusəndə böyüyün və kiçiyin yerini bilməsidir”. AZXEBER.COM-un məlumatına görə, bu sözləri “İrəli” İctimai birliyinin təsisçisi, millət vəkili Ceyhun Osmanlı birliyin 1 illik hesabatına həsr olunmuş konfransda çıxışı zamanı deyib. Millət vəkili “İrəli”nin 1 ərzində qazandığı uğurlardan danışıb: “Hesabatda qeyd olundu ki, “İrəli”nin fəaliyyəti ötən ilin may ayından bu yana 2,5 dəfə artmışdır. Amma mən bununla razılaşmıram, düşünürəm ki, “İrəli” ötən ildən bu günə qədər dəfələrlə böyüyüb və inkişaf edib. Buna görə də “İrəli” gənclərinə öz təşəkkürümü bildiririrəm”. Ceyhun Osmanlı çıxışında müxalifəti də sərt ittiham edib. O müxalifətin gənclər üçün indiyədək heç bir iş görmədiyini deyib və müxalifət liderlərini “İrəli” gənclərinin hesabatını izləməyə dəvət edib: “Mən üzümü müxalifətə tutub demək istəyirəm ki, bu hesabatı “youtube” vasitəsi ilə izləsinlər. Bu gün burada iştirak edən gənclərin heç biri hakimiyyət nümayəndəsi deyil, hər biri sadə gənclər və tələbələrdi. Bizim gənclər hər şeyin mümkünlüyünü dərk edir və cəmiyyət üçün xeyirli işlər görür. Və onlar üçün biz hər şeyin mümkünlüyünə şərait yaradırıq. Amma 15 ildir müxalifətdə olanlar "İrəli" gənclərin etdiyinin heç bir faizini də etməyiblər. Bu hesabat bir daha onu sübut etdi ki, biz gənclərimizə düz yol göstəririk. Deputat yeni yaranan “Milli Şura”nı da sərt tənqid edib: “Mən müxalifət tərəfinə demək istəyirəm ki, biz şəhidlərimizi hər hansı bir xarici dövlətin sifarişi ilə itirməmişik. Biz yalançı model yaradıb xalqı aldatmırıq. Bu yaxınlarda yaranan Milli Şura modeli sadəcə bir modeldir. Müxalifət 15 il fasilədən sonra sadəcə nəsə yaratmaq qərarına gəlib, 100 il keçmişə dönüb, biz isə yalnız irəli baxırıq. Biz öz şəhidlərimizi müstəqilliyimiz uğrunda qurban vermişik, biz şəhidlərimizi başqa bir ölkədən sifariş qəbul edib, onu yerinə yetirənlər üçün verməmişik”. Millət vəkili çıxışında gənclərin Prezident İlham Əliyevi dəstəklədiyini bir daha vurğulayıb: “Güclü lider hər bir millətin arzuladığı nemətdir. Çox millət bu nemətə sahib olmaq istəyin ancaq hələ buna nail ola bilməyiblər. Amma biz buna nailiq. Bizim durmadan xalqı üçün çalışan liderimiz var. Biz öz ad gününü Ağcəbədidə qaçqınlarla birlikdə keçirən bir liderə sahibik. Cənab prezident İlham Əliyevin Azərbaycan üçün etdikləri işləri sadalamaqla bitməz. Nə qədər liderimiz bizimlədir, biz də gənclər olaraq onunlayıq. Və biz şanlı tariximizi onunla birlikdə yazacayıq. Biz liderimizlə fəxr edir və onun addımlarına güvənirik. Eşq olsun cənab prezidentimizin yolu ilə gedən bütün gənclərə”.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib