15 pakistanlı əsgəri belə güllələdilər - ŞOK VİDEO

15 pakistanlı əsgəri belə güllələdilər - ŞOK VİDEO
Bütün Xəbərlər
12:34 23.01.2012
1796
"Taliban" hərəkatı Pakistan əsgərlərinin öldürülməsi videosunu yayıb. Videoyazıda ötən ilin dekabrında Pakistanın Tank şəhərindəki yoxlama məntəqəsinə hücum zamanı əsir götürülmüş 15 pakistanlı əsgərin güllələnməsi əks olunub.Həmin əsgərlərin meyidləri hücumdan bir neçə gün sonra tapılmışdı. 2 dəqiqədən çox olan videoyazıda əsgərlərin gözlərinin və əllərinin bağlı olduğu və sıra ilə başlarından atəş açılaraq öldürüldüyü görünür. Kadrlarda həmçinin güllələnmənin 12 "Taliban" döyüşçüsünün ölümünə görə qisas adlandırıldığı eşidilir.Pakistan rəhbərliyi də bu görüntülərdə pakistanlı əsgərlərin olduğunu təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR