15 yaşlı gəncin meyiti Kürdən tapıldı

15 yaşlı gəncin meyiti Kürdən tapıldı
SOSİAL
16:12 24.07.2017
921
Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 15 yaşlı gəncin meyiti çıxarılıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:01-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR