150 ballıq tələbələr və ağır həyat sualları

150 ballıq tələbələr və ağır həyat sualları
Bütün Xəbərlər
12:55 25.07.2013
6505
Zahid Oruc, millət vəkiliÖlkədə növbəti qəbul həyəcanı davam edir.Bütövlükdə millətimizin imtahanı sayıla biləcək bu proses gələcəyimizlə bağlı yetərli statistik məlumatlar verib.Biz onlardan yalnız biri üzərində dayanacağıq.Əlbəttə razılaşmaq olar ki,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 1-ciixtisas qrupu üzrə keçid balını 150-yə endirməsi məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı son çıxış yoludur.Cəmiyyətdə yüksək etimada malik olan bu dövlət qurumunun məlum qərarına görə onu qınamaq olmaz.Çünki boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə müəllimdən deyil,eyni zamanda,o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir.Hər halda Komissiya biliyin qiymətləndirilməsi üzrə peşəkar struktur kimi əldə etdiyi obyektiv reytinqi boş yerdən qazanmayıb.Keçmiş illərdə mövcud olan qəbul cinayətlərini,əhali üzərində qurulmuş qara biznesi və möhtəkirlik əməllərini neytrallaşdırmağı bacaran TQDK-nın dövlət siyasətini uğurla gerçəkləşdirdiyini hətta bu kursun əleyhdarları da məmnunluqla qeyd edir.Bilik süzgəci normal olmayan ölkə hər zaman gözünü xaricə tikməlidir ki,onun sabahını kimlər müəyyənləşdirəcək.Hər halda bu strateji sahənin önəmi təkcə intellektual qabiliyyətlərə dəqiq diaqnoz qoymasında deyil,həm də təhsilin sabahını müəyyənləşdirməyə imkan yaratmasındadır.İndi gələk müxtəlif illərdə rəqabət şəraitindən asılı olaraq dəyişən qəbul şərtlərinə.İndiki 150 bal nəyin ifadəsidir? Bu ayrı-ayrı orta məktəblərin,yoxsa bütünlükdə təhsilin qiymətidir?Bəlkə səhv tərtib etdiyimiz və islahat adlandırdığımız yanlış pedaqoji metodikaların,kurrikulum proqramlarının nəticəsidir?İllər uzunu ixtisaslaşmış və hamının tanıdığı hazırlıq mərkəzlərinin verdiyi biliyi məktəblərin adına yazıb ümumi mənzərəni pərdələməsək axtardığımız cavabları tapa bilərik. Yəni,hədsiz beyin yüklənməsinə məruz qalan uşaqların zəif çiyinlərinə qoyulan bilik çantası və zəka yükünü nədən çəkə bilmədiklərinin səbəblərini aramalıyıq.Bəlkə Afrikanın "iks" çayı barəsində tərtib etdiyimiz informativ testlərin az qala bir simvola çevrildiyi şagird tapşırıqlarını tərtib edərkən ömür boyu rast gəlinməyəcək belə məkanlardan çıxıb daha məhdud coğrafiyaların sualları üzərində düşünməliyik?Çünki yaradıcı təfəkkürü əldə etməyin başqa yolu hələ ki,yoxdur.150 bal həm də Azərbaycan müəliminin ümumiləşmiş qiyməti sayıla bilərmi?Ötən illər ərzində vahid testdən keçməyən və öz fənnində uğur qazanmayan,yalnız aşağı maaşdan haqlı olaraq gileylənən böyük bir ordunun üzərində bu nəticəyə əsaslanıb içtimai məhkəmə qurmaq olmaz.Amma bir faktdır ki,indi az qala hamı keçmiş aristokratiyanın fərdi təhsil modelinə məcburi keçid edib.Vaxtilə zadəganların övladlarına verilən fərdi dərslər kimi repetitorluq hazırki uğurlu abituriyentlərin söykəndiyi yeganə bazadır.Lakin kollektiv dərs mühiti pozulmuş belə tələbələrin "kübar təhsil" nailiyyətləri sonrakı sınaqlara tab gətirmir.Çünki hədəf yalnız ali təhsil müəssisələrinə düşməkdir və belələrindən sabahın zəkalı,dünyagörüşlü,məntiqi mülahizələr yürüdən, rasional düşüncələrini sərbəst dilə gətirən minləri,on minləri qazanmaq müşkül məsələdir.150 balllıq tələbənin 11 ilinin yekunu sabahın mühəndisi, riyaziyyat və fizika müəlliminin hansı kadrlardan seçiləcəyini bizə təqdim edir.Əsas biliklərin qazanıldığı orta təhsilin hər ili üçün cəmi 14 bal toplayan abituriyentin hər 9 ay ərzində cəmi 3 sualın cavabını yadda saxladığı üzə çıxır.700 ballıq şkalada 21 faizi təşkil edən bu göstərici peşəkar mütəxəssis rəyinə görə 11 illik proqramın da elə beşdə-birini təşkil edir.Bu halda "məcburi təhsil gərəkdirmi" sualını verənləri qınaya bilmirsən.Hələ üstəlik,nəzərə alsaq ki,işıqlı beyinlərə xərclənən investisiyanın belə nəticəsi müqabilində məsələn,təkcə Azərbaycan idmanı neçə-neçə zirək çiyinlərə,güclü qollara və iti ayaqlara ehtiyac duyur,onda indiki rəqəmlərin həm də bizi hansı gələcəkdən məhrum etdiyini yaxşı görə bilərik.Dövlətin ən yüksək mənəvi qayğısı,1 milyard 300 milyonluq manatlıq büdcə siyasəti və inqilabi sürətlə yeniləşən təhsil infrakstrukturunun fonunda geri qayıdan nəticə 150 rəqəmidir.Bu adamlar sabah millətin iqtisadi və sosial vəzifələrinin həllinə qoşulacaqlar.Ölkənin quruculuğu onlardan asılı olacaq.Sovet dövründə yaranan elmi baza müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı.İndi isə endirilən kriteriyalar bizi gələcəyin körpü mütəxəssisini,torpaq quruluşu və geodeziya bilicisini,Vətənini coğrafi koordinat sistemlərində "silahsız gözlə" tapanları xaricdən ixrac etməyə məcbur edə bilər.Oxşar addım başqa qruplar üçün atılsa,onda necə?1-ci qrupda 36 min nəfər tərkibdə marafona qoşulanlafın 20 mindən çoxu qeyri-qənaətbəxş göstərici ilə "turniri" tərk edib.Bu sovet dövrünün şkalası ilə "2" qiymətindən də aşağı göstəricidir.Elə isə informasiya vasitələrinin cəmiyyətə müjdə və xoş xəbər kimi təqdim etdiyi "güzəşt kampaniyası" sabahımızın hansı əlllərə tapşırılacağını təyin etməyə bizə imkan verir.Şübhə yoxdur ki,ictimai qaydalarımız,qonşuluq və dostluq münasibətlərimiz üzündən təbrik etdiyimiz bu balalar sabah ailələrinin üzərində ağır sosial yükə çevriləcəklər.Valideynləri müflis edən ali məktəb həyatı sadəcə diplom qazanmağa yönələcək.150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək o qədər çətin deyil.Onlardan bir az yüksək balı daşıyan,lakin ali təhsil dövründə nəticə etibarilə "150-liklər hərəkatı"na qoşulan həkimləri də təbrik edib doğmalarımıza göz aydınlığı verərkən unuduruq ki,sabahın qeyri-peşəkarlarının yetişməsində necə mənfi rol oynayırıq.Halbuki heç bir fin,yaxud isveçli belə aşağı hədəfi "fəth edən" soydaşını alqışlamaz,onun naminə endirilən plankalara sevinməzdi.Çünki yalnız baryeri yüksək olan millətin işıqlı gələcəyindən danışmaq mümkündür.Belə həkimlər hər gün yeniləşən tibbi nailliyətlərlə ayaqlaşa bilməyib ağ xalatlı cinayətkarlara çevriləcəklər.Hətta universitetlər onlardan yaxşı mütəxəssis formalaşdırmağa çalışsa da,fundamentin kövrəkliyi o kadrların bazasında möhkəm və sağlam gələcək qurmağa imkan verməyəcək.Əllərində skalpel növbəti qurbanını gözləyən belə adamlar Azərbaycanın səhiyyə reytinqinə zərbə vurmaqda davam edəcəklər.Ölkənin Elmlər Akademiyasının dəyərli,mərhum başçısı qəlb krizi anında təyyarə axtarırsa,sıravi vətəndaş da fors-major halında eynən İrana,Türkiyəyə və Almaniyaya üz tutmağa çalışacaq.Qeyri-rəsmi rəqəmlərə görə adamların bu məsrəflərinin maddi ölçüsü milyard dollardan yuxardır.Halbuki dövlətin ən müasir texnologiya və avadanlıqlarla təmin edərək tibbi personala təhvil vərdiyi xəstəxanalar,diaqnostik mərkəzlər,klinikalar Vətənə sağlam vətəndaş bəxş etməliydi.Bu ölkənin liderinin haqqıdır ki,göstərdiyi qayğının əvəzində insanların həyatının öz mütəxəssislərimizə təslim edildiyinin şahidi olsun.Türkiyə Baş nazirinin sağlamlıq durumu ilə bağlı üz tutduğu ünvan məhz öz klinikaları olur.Millətinin tibbi nüfuzu üçün bundan yüksək reklam və qarantiya ola bilməz.Yalnız siravı zəhmətkeş-fəhlə can hüzurunu və kiçik parasını öz həkiminə xərcləyəndə yeni nəsil qurğuları çalışdırmaq və tibbi zirvələrə çatmaq mümkündür.Əks halda o avadanlıqlar bəzək əşyasına çevrilərdi.
OXŞAR XƏBƏRLƏR