16 yaşında milyonlar uddu, başına gəlməyən qalmadı - Fotolar

16 yaşında milyonlar uddu, başına gəlməyən qalmadı - Fotolar
MARAQLI
20:59 01.08.2019
5127

Böyük Britaniyada yaşayan 32 yaşlı Kalli Rocers adlı qadının 2003-cü ildə lotoreyadan 2,6 milyon dollar qazandıqdan sonra başına gələn qalmayıb.

Əlinə keçən iri məbləği düşünmədən xərcləyən Kalli yoxsul günlərinə geri qayıdıb. 16 yaşında şansı üzünə gülən gənc qız lüks həyata başlayıb, dostlarına, ailəsinə bahalı hədiyyələr bağışlayıb, özü isə sinə əməliyyatı etdirib. Lotoreyanı qazandıqdan sonra onu övladlığa götürən valideynlərinin yanından gedən Kalli aylıq kirayə haqqı 18 min pound olan evə köçüb. Daha sonra isə uşaqlarının atası ilə tanış olub.

Ancaq Kalli gerçək və saxta dostlarını bir-birindən ayıra bilmədiyindən ondan böyük məbləğdə borc istəyən dostlarının heç birinə "yox” deməyib. Lakin tanışları gənc qızdan aldıqları pulu götürərək aradan çıxıblar.

 

"Məndən maşın pulu belə istəyən oldu. Onlara kömək eldəim, ancaq mənim uşaq olmağımdan sui-istifadə etdiklərini indi başa düşürəm”, - deyə Kalli bildirir.

Hazırda Kalli pul qazanmaq üçün marketlərdə işləyir, dayəlik edir. Hazırda onun illik gəliri 12 pounddur. Gənc qadın başına gələnlərdən dərs çıxararaq lotoreya oynama yaşının 16-dan 18-ə artırılması ilə bağlı çağırış edib.

 

Qafqazinfo

OXŞAR XƏBƏRLƏR