16 yaşlı azərbaycanlı kursantın meyiti tapıldı - FOTO

16 yaşlı azərbaycanlı kursantın meyiti tapıldı - FOTO
Bütün Xəbərlər
00:27 03.09.2015
2307
Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb.
AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin iki gündür axtardığı 16 yaşlı yeniyetmənin cəsədi Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində su qapısına ilişərək üzə çıxıb.
V.Cəfərovun meyiti sudan çıxarıldıqdan sonra polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılıb. Daha sonra kursantın cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağcabədi rayon şöbəsinə göndərilib. Orada 16 yaşlı yeniyetmənin meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə iki gün əvvəl Bərdə rayonu, Mehdili kəndinin ərazisində baş verib. Belə ki, V.Cəfərov Yuxarı Qarabağ kanalının yaxınlığında qoyun otaran zaman kanalın üstündəki dəmir borunun üstü ilə digər tərəfə keçərkən ayağa sürüşərək suya düşüb.
OXŞAR XƏBƏRLƏR