16 yaşlı məktəbli bıçaqlandı

16 yaşlı məktəbli bıçaqlandı
Bütün Xəbərlər
11:13 13.04.2012
1472

X sinif şagirdi onu 35 yaşlı kişinin bıçaqladığını bildir

Ötən gecə Bakının Bayıl qəsəbəsində 16 yaşlı X sinif şagirdi bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan paytaxt sakini Fuad Həsənov Klinik Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxananın həkimi Kamil Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstə ağır vəziyyətdə daxil olub və dərhal əməliyyat edilib. Xəstə qarın boşluğu və döş qəfəsi, həmçinin üzün sol yanağının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. "Cərrahi əməliyyat keçirilən məktəblinin vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğundur. Xəstə narkoz altında olarkən polisə ifadə verə bilməyib. Onun ifadəsi bu gün alınacaq. Lakin Fuad Həsənov şifahi olaraq bildirib ki, onu 35 yaşlı bir kişi bıçaqlayıb".

OXŞAR XƏBƏRLƏR