16 yaşlı qız Nyutonun həll edə bilmədiyi teoremi həll etdi
MARAQLI
11:57 25.05.2012
2906
Almaniyada 16 yaşlı yeniyetmə alimlərin 4 əsr baş sındırdığı riyazi problemi həll edib.12 yaşı olarkən ailəsi ilə Hindistandan Drezden şəhərinə köçmüş Şüriyyə Rey elementar zərrəciklərin dinamikasıyla bağlı 2 mürəkkəb tənliyi yerinə yetirib. Problem topun uçuş trayektoruyasını hesablamaq və divara dəydikdən sonra hansı şəkildə yerə düşəcəyini öncədən bilmək üçün 350 il əvvəl İngilis alimi İsaq Nyuton tərəfindən ortaya qoyulub.Rey həllini tapdığı riyazi problemlərlə ilk dəfə 11-ci sinifdə oxuyarkən tanış olduğunu deyib. Tənliklərin sirrini tapmağına gəldikdə isə Rey bunu “məktəbli sadəlövlüyü” ilə izah edib.