16 yaşlı qız onu zorlamaq istəyən atasını öldürdü

16 yaşlı qız onu zorlamaq istəyən atasını öldürdü
Bütün Xəbərlər
13:13 26.01.2012
5576

Türkiyənin Konya şəhərindəqeyri-adi hadisə yaşanıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, 16 yaşlı gənc qız ona cinsi tacavüz etmək istəyən41 yaş atasını bıçaqlayaraq öldürüb. Hadisədən sonra gənc qız bıçağı evlərinin arxasına ataraq qaçıb. Sonra marketlərin birindən əmisinin evinə zəng vurub və onunla görüşmək istədiyini bildirib. Telefon söhbətindən şübhələnən əmisi qardaşıgilin evinə gedib. Evdə qardaşının qanlar içərisindəki cəsədiylə qarşılaşıb. Qardaşı qızından şübhələnən əmisi, vəziyyəti dərhal polisə bildirib. Gənc qız polislərin səyi nəticəsində tutulub. Gənc qız polisə ifadəsində atasının onu zorlamaq istədiyini və bu səbəbdən atasını öldürdüyünü deyib.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR