"Bu qatillər oğluma 17 bıçaq zərbəsi vurub öldürdülər. Bu hadisəyə görə onların ən ağır şəkildə cəzalandırılmasını istəyirəm".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri küçənin ortasında 17 bıçaq zərbəsi ilə qətlə yetirilən Fatih Bayarın (36 yaş) atası Mehmet Bayar deyib.
Belə ki, hadisə yanvar ayında Türkiyənin Eskişehir bölgəsində baş verib. Fatih Bayar ilə 4 nəfər dostu arasında mübahisə düşüb. Mübahisə qısa zamanda davaya çevrilib. Davada 2-si ölümcül olmaqla 17 bıçaq yarası alan Fatih Bayar və 6 bıçaq zərbəsi alan dostu Yasin Tümer yaralanıb.
Yaralılardan Yasin Tümer Eskişehir xəstəxanasına aparılıb. Fatih Bayarı xilas etmək mümkün olmayıb. Eskişehir Təhlükəsizlik Müdirliyi ətrafdakıların cib telefonlarına qeyd etdikləri davanın şübhəlisi olaraq təyin olunan Burak Zeren, Tunahan Zeren və Faruk Y.-ni qısa müddətdə tutaraq nəzarətə götürüb.
Əməliyyatların ardından ədliyyəyə sövq edilən Zeren qardaşları həbs olunarkən, Faruk Y. məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.
Saxlanılan müttəhimlərdən Tunahan Zeren hadisə zamanı Fatih Bayarın ona söyüş söydüyünü iddia edərək:
"Davanı ilk başladan Mehmet olub. Keçən məhkəmədə ailəmin təzyiqi ilə bu vəziyyəti deyə bilmədim. Çox təəssüf edirəm, kaş bu hadisə baş verməsəydi”-, deyə bildirib.
Qətlə yetirilən Fatih Bayarın atası Mehmet Bayar məhkəmədə müttəhimlərə "qatillər” deyərək reaksiya verib. Oğlunun 17 bıçaq zərbəsi ilə öldürüldüyünü bildirən Bayar:
"Bu qatillər oğluma 17 bıçaq zərbəsi vuraraq öldürdülər. Bu hadisəyə görə onların ən ağır şəkildə cəzalandırılmasını istəyirəm"-, deyə qəzəblənib.
Məhkəmə Fatih Bayarın ölümü ilə bağlı Prokurorluğun hesabatını gözləməyə və müttəhimlərin həbsinə davam etməyə qərar verib və iclası təxirə salıb.
Oksana