Avstraliyada yaşayan 32 yaşlı Kristal Miller adlı qadının xəstəliyi eşidənləri dəhşətə gətirib.
AZXEBER.COM-un xarici KİV-ə istinadən
verdiyi xəbərə görə, 15 yaşından etibarən Kristal normal insanlardan fərqli
olaraq tualetə gedə bilmədiyini özündə aşkar edib.
32 yaşlı qadın dəfələrlə həkimə
müraciət etsə də, onun bu probleminin konkret tibbdə adının məlum olmadığı ortaya
çıxıb.
Kristalın sözlərinə görə, o bədənindəki ağrıları hiss etməmək üçün hər gün 15 saat yuxu yatırmış. O yediklərini qusmamaq üçün dişlərini belə fırçalamadığını söyləyib.
2 uşaq anası olan qadın sonunda əməliyyat olunmaq qərarına gəlib. Həkimlər Kristalın əməliyyatdan sonra bağırsaqlarının böyük bir qismini kəsiblər.
Qadının bədənindəki nəcisin çıxarılması
üçün əməliyyat zamanı onun bədəninə boru yerləşdirilib.
Leyla Rəhimli,
AZXEBER.COM


