17 nəfəri ilan sancıb

17 nəfəri ilan sancıb
SAĞLAMLIQ
15:04 08.07.2025
204

Bu ilin iyun ayı ərzində ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 17 nəfər qəbul olunub.

AZXEBER.COM xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. İlan sancan şəxslər arasında ölüm halı qeydə alınmayıb.

Xatırladaq ki, ilansancma ilə əlaqədar KTM-in Toksikologiya şöbəsinə apreldə 1, mayda 6 nəfər müraciət edib.
OXŞAR XƏBƏRLƏR