Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri Mamed Bağırovla bağlı daha bir video yayılıb.
AZXEBER.COM-a göndərilən videoya görə, yeni videoda əvvəlki görüntülərdə səsləndirilən iddialar təkzib edilib.
Belə ki, Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri Mamed Bağırovla bağlı yayılan ilk videoda Kəlbəcər rayon sakini Ələkbərova Fərqanə Əhliman qızı M. Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev ,maşın vəd etdiyini bildirmişdi. Yeni videoda isə özünü Ələkbərova Fərqanənin anası kimi təqdim edən şəxs bu iddiaların yalan olduğunu və təhsil şöbəsinin müdirini “tora salmaq” üçün hazırlandığını deyib.Qeyd edək ki, bu video ilk dəfə olaraq avropa.info saytında yayımlanmışdı.Azxeber.com yeni video müsahibəni sizə təqdim edir: