«Bakı Oksford»- məktəbindən müdhiş oğurluq

«Bakı Oksford»- məktəbindən müdhiş oğurluq
Bütün Xəbərlər
13:02 07.04.2011
1884
Səbail rayonunda yerləşən «Bakı Oksford» Məktəbində müdhiş oğurluq olub. Bu barədə “Bizim Yol”a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata Abbaszadə küçəsi 8 ünvanında yerləşən Bakı Oksford Məktəbindən içərisində külli miqdarda pul olan seyfin oğurlanıb.

Oğurlanan seyfin içərisində 200 000 manat olub. Aparılan araşdırma zamanı oğurluğu törədən şəxs müəyyən edilib. Məlum olub ki, seyfi aparan məktəbdə aşbaz işləyən gənc oğlandır. Onu tutmaq hələlik mümkün olmayıb. Aşbazın Yasamal rayonundakı evinə baxış keçirən polis əməkdaşları pulun xeyli hissəsini orada aşkarlayıb.

OXŞAR XƏBƏRLƏR