«Bundan sonra ölkədə mənasız demokratiyaya yer yoxdur»

Bütün Xəbərlər
20:40 22.12.2010
1773

Seçkidə Lukaşenkoya rəqib olan doqquz namizəddən yeddisi də həbs edilmişdi. Hazırda onlardan beşi hələ də həbsdə qalır. Tutulan namizədlərdən ikisi - Rygor Katsusyou və Dzmitry Us bu gün azad edilib. Tutulanların bəzilərinə, o cümlədən də prezidentliyə namizədlərdən beşinə kütləvi iğtitaşların təşkili ittihamı irəli sürülüb. Bu ittihamlarla onlar 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Belarusun Ədliyyə naziri Viktor Golovanov dekabrın 21-də bildirib ki, həmin hadisələrdə iştirak edən partiyaların fəaliyyəti dayandırıla bilər. Hədələrə baxmayaraq, müxalifət fəalları dekabrın 21-i axşam saatlarında müxalifətçilərin saxlandıqları həbsxananın qarşısında piket keçirəcəklərini bildiriblər.

Həbs olunanlara dəstək aksiyaları başlayır
Belarus Xalq Cəbhəsinin lideri Alyaksey Yanukoviç dünən Minskdə keçirdiyi mətbuat konfransında bildirib ki, saxlananlara dəstək üçün etiraz aksiyaları keçirəcəklər: «Bu gün biz elan edirik ki, həbs olunanlarla bağlı həmrəylik üçün aksiyalara başlayırıq».
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay da Avropa Birliyi və ABŞ-a qoşularaq etiraz aksiyası iştirakçılarının döyülməsi və həbsinə görə Minski qınayıb.
ATƏT-in müşahidəçiləri bu seçkidə qanun pozuntuları və polisin etiraz aksiyalarını dağıtmasını pisləyiblər.
Müxalifətin seçkinin saxtalaşdırılması barədə iddialarına baxmayaraq, Mərkəzi Seçki Komissiyası 1994-cü ildən hakimiyyət başında olan Aleksandr Lukaşenkonun 80 faizə yaxın səslə yenidən qalib gəldiyini elan edib. Komissiya seçicilərin 90 faizinin seçkidə iştirak etdiyini deyib.
20 jurnalist həbs olunub
Avropa Birliyi də seçki ərəfəsində bildirmişdi ki, Belarusa yardımlar bu seçkinin necə keçiriləcəyindən asılı olacaq. Rəsmi elan olunan nəticələrə görə, Lukaşenkodan sonra daha çox səs toplamış prezidentliyə namizəd Andrey Sannikau da hələ həbsdə saxlananlar arasındadır. O, xanımı, jurnalist İrina Xalıpla birlikdə dekabrın 20-də həbs edilib. Onlar etiraz aksiyalarında aldıqları yaraların müalicəsi üçün xəstəxanaya gedərkən yolda tutulmuşdular. Həbs edilərkən Andrey Sannikau «Exo Moskvı» radiosuna canlı yayımda müsahibə verirmiş: «Bağışalyın, indi bizi yol polisi saxlayır. Onlar bizə maşından düşməyi əmr edirlər. Bizi həbs edirlər. Onlar məni itələyirlər. Mən Amerika filmlərindəki kimi dururam. Ərim yerə uzanıb. Onlar mənim üzümə vurdular. Onlar mənim əlimi arxadan bağlamaq istəyirlər.
Moskvada çap olunan «Novaya gazeta» üçün işləyən İrina Xalıp hələ də həbsdə saxlanır. «Sərhədsiz Reportyorlar» Təşkilatının məlumatına görə, prezident seçkisindən sonra baş verən zorakılıqları işıqlandıran zaman ümumilikdə 20 jurnalist həbs edilib.

ABŞ Belarus seçkilərini qeyri-legitim adlandırıb

Belarusda prezident seçkilərinin legitim olmadığını bəyan edib və səsvermədən sonra bazar günü həbs edilmiş prezidentliyə bütün namizədlərin və nümayişçilərin dərhal azad edilməsinə çağırıb. Ağ Evin açıqladığı bəyanatda Belarus hökuməti ABŞ-ın demokratik prosesin pozulması kimi qiymətləndirdiyi addımlar atdığına və siyasi fəallara qarşı ifrat gücdən istifadə etdiyinə görə pislənir.

OXŞAR XƏBƏRLƏR