«Eurovision-2011» ifaçılarımız Ermənistana gedir?

«Eurovision-2011» ifaçılarımız Ermənistana gedir?
ŞOU-BİZNES
08:42 26.04.2011
1961
Bu barədə onlar ukraynalı oxusunun ““Eurovision-2011” Ermənistanda keçirilsəydi ora gedərdinizmi” sualına cavab verərkən deyiblər. “Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq”-deyə Eldar və Ngar vurğulayıblar.

Qeyd edək ki, Ermənistanı bu ilki müsabiqədə müəğnni Emmi təmsil edir. N.Camal və E.Qasımov mayın 10-da keçiriləcək I yarımfinalda Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları ilə mübarizə aparacaq.

Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək. İki gün sonra - mayın 14-də final keçiriləcək. Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR