«Eurovision 2012»-ni xaricilər hazırlayacaq

«Eurovision 2012»-ni xaricilər hazırlayacaq
ŞOU-BİZNES
07:07 24.05.2011
1955

Dövlət rəsmilərinin üzv olduğu Təşkilat Komitəsi “Eurovision -2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb, həyata keçirəcək.

“Eurovision 2012” mahnı müsabiqəsinin təqdimatında əsasən rejissor və prodüsser əməyindən istifadə olunacaq. Maraqlıdır, beynəlxalq miqyasılı tədbirdə hökumət yerlimütəxəssislərə müraciət edəcəkmi? Yeri gəlmişkən qeyd elək ki, prezidentin bu işə böyük diqqət ayırması, hazırlıq işlərinin ölkənin birinci xanımına həvalə olunması habelə dövlət rəsmilərinin, nazirləri bilavasitə bu istiqamətə yönlədirilməsi Azərbaycanın dünyaya böyük sürpriz hazırladığından xəbər verir.

Müsabiqənin təşkilində iştirak üçün yerli rejissor və prodüsserlərinə müraciət olunub-olunmamağını aydınlaşdırmaq istədik. Kino-ssenarist və rejissor, əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı Ramiz Fətəliyev müsabiqədə rejissor işi üçün ona təklif gəlmədiyini dedi. O, təklif gəlsə belə imtina edəcəyini bildirdi. “Biz belə tədbirlər keçirməmişik, ona görə də bizdən mütəxəssis ola bilməz. “Eurovision” tamam ayrı texnologiyadır, biz onnla tanış deyilik. Bu layihənin özünün mütəxəssisləri var”. Ramiz Fətəliyev güman edir ki, müsabiqənin hazırlanması üçün rejissorlar xarici ölkələrdən dəvət olunacaq. “Xarici ölkələrdə mütəxəssislər çoxdur. Bizim bir saata gördüyümüz işi, onlar bir dəqiqəyə görürlər”.

Rejissor Məhərrəm Bədirzadə də “Eurovision-2012” müsabiqəsində rejissor fəaliyyəti üçün dəvət almadığını deyir. “Belə bir təklif gəlməyib, gələcəyini də gözləmirəm”.
“Ritm production” kino şirkətinin direktoru, kinoprodüser Xaqani Həşimov da müsabiqəyə prodüsserlik etmək üçün ona təklif gəlmədiyini bildirdi. O da təşkilatçılardan dəvət gözləmir. «Ola bilər ki, hansısa təkliflər olsun. Məsələn, çəkiliş, sənədli film, video- roliklərlə bağlı müraciət oluna bilər”.

Xaqani Həşimov xarici prodüserlərə müraciət olunacağını istisna etmir. Onun fikrincə, xarici prodüserlərin bu layihədə iştirakı ölkədə təcrübəli prodüserlərin olmadığını göstərməyəcək. “Bu dünya əhəmiyyətli tədbirdir. Ola bilsin ki, xarici ölkələrin mütəxəssisləri ilə məsləhətləşmələr olacaq. Onlar ölkəyə dəvət oluna bilərlər”.

Prezidentin sərəncamı ilə yaradılan Təşkilat Komitəsinə Mədəniyyət və Turizm Nazirliyi də daxildir. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov “Eurovision- 2012” mahnı müsabiqəsində iştirak edəcək rejissor və prodüserlərin adlarının Təşkilat Komitəsinin iclasından sonra ictimaiyyətə açıqlanacağını bildirdi. “Təşkilat Komitəsi toplantı keçirdikdən sonra verilən qərarı ictimaiyyətə açıqlayacaq. Bu dəqiqə heç nə deyə bilmərəm. Hazırlıqlar gedir”. Mətbuat katibi Komitənin nə zaman toplantı keçirəcəyindən xəbərsiz olduğunu vurğuladı. O, “Eurovision-2012” mahnı müsabiqəsinə dövlət səviyyəsində hazırlıqların aparıldığını bildirdi. “Bu dövlətin diqqətində olan məsələdir. Cənab Prezident bu müsabiqəyə çox önəm verir. Ölkənin birinci xanımı Mehriban xanım hazırlıq üzrə Təşkilat Komitəsinin sədridir. Onlar ictimaiyyətə cavab verəcəklər”.

Sevinc Vaqifqızı, bizimyol qəzeti

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib