«LİDER» TV MÜĞƏNNİLƏRLƏ BİRLİKDƏ XALQA SEKS DƏRSİ KEÇDİ

ŞOU-BİZNES
19:57 28.11.2010
4301

Noyabrın 28-də «Lider» TV-nin efirində hamını şoka salan rüsvayçı olay yaşanıb. AZXEBER.COM-un Qaynar.info-ya istinadən verdiyi xəbərə görə, kanalın «Qızıl pillə» proqramında seksual və cazibədar sənətçilərin reytinqi müəyyənləşdirilib. Bu mövzu ilə bağlı danışan müğənnilər ən vulqar ifadələrdən istifadə edərək intim həyatlarından danışıb, xalqa müxtəlif «məsləhətlər» veriblər. Seksual görünməyin yollarından, nə zaman kiminlə sevişdiklərindən, alt paltarlarından, hətta şəxsi intim həyatlarından söz açan müğənnilər Nadir Qafarzadə, Röya, Nura Suri, Brilliant Dadaşova, modet Tunay, rejissor Aqil M.Quliyev və digərləri bizim yazmağa utanc hissi keçirdiyimiz, kobud, əxlaqsız, hətta şəxsi söhbət çərçivəsinə sığmayan sözləri milyonların gözünün qarşısında səsləndiriblər. 

Bu azmış kimi, rejissor Aqil M.Quliyev bu verilişə etiraz edəcək şəxsləri mentalitet pərdəsi arxasında gizlənənlər kimi təqdim edib.
Verilişin aparıcısı Zemfira isə əynindəki gecə paltarına bənzər geyimlə, müxtəlif pozalarda dayanaraq tamaşaçılara növbəti həftə də onları həyəcanlandıracağına söz verib…

Görünür, Prezident Adminstrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin televiziyalarla bağlı verdiyi dəyərli tövsiyyələrin və səsləndirdiyi tənqidlərin «Lider» TV-ə heç bir aiddiyatı yoxdur. 
Hər halda, görünən odur ki, bəziləri özlərinin şəxsi «əxlaq» normalarını ictimailəşdirmək istəyirlər. Çunki, kanalın efirində baş verənlərə bundan yumşaq ad tapmaq mümkün deyil…

OXŞAR XƏBƏRLƏR