«Qazprom»un Bakı və Abşeronun qaz şəbəkəsini ələ keçirmək niyyəti varmış

«Qazprom»un Bakı və Abşeronun qaz şəbəkəsini ələ keçirmək niyyəti varmış
Bütün Xəbərlər
11:58 13.06.2011
1531

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Qazprom»un rəhbəri Aleksey Müller Almaniyanın «Süddeutsche Zeitung» qəzetinə bildirib. 

Hələlik «Qazprom»un konkret təkliflə çıxış etmədiyinə baxmayaraq, artıq alman siyasətçiləri və ekspertləri «Qazprom»un bu niyyətinə münasibət bildirməyə başlayıblar. Bəzi ekspertlər bu alqı-satqının ölkə iqtisadiyyatı üçün müsbət nəticə verəcəyini desə də, digərləri məsələnin antiinhisar və rəqabət qanunvericiliyi baxımından araşdırılmasını vacib sayırlar. Bununla yanaşı, hələlik «E.ON» şirkətinin özünün də bu niyyətə münasibəti məlum deyil. 

Qeyd edək ki, «Qazprom»un bu təşəbbüsü baş tutarsa, onun nəticələri özünü Bakı və Abşeronun qaz şəbəkələrinin idarə olunmasında da göstərə bilər. Qeyd edək ki, bir qədər əvvəl «Azəriqaz» İstehsalat Birliyi Bakı və Abşeronun qazpaylayıcı şəbəkələrinin yenidən qurulması üçün podratçı şirkətin seçilməsini başa vurub. Seçim Almaniyanın «E.ON» və «RWE» şirkətləri arasında aparılıb. «Azəriqaz» rəhbəri Əkbər Hacıyev «APA-ECONOMICS»ə bildirib ki, bu seçimdə «E.ON» şirkəti qalib gəlib: «Hazırda bu şirkətlə imzalanacaq müqavilənin hazırlanması prosesi gedir».

Planlara görə, qalib şirkətlə birgə müəssisənin yaradılması nəzərdə tutulur.

Qaz şəbəkəsinin yenidən qurulması layihəsinin hazırlanması prosesi 2011-ci ilin sonunadək başa çatacaq, layihənin icrasına isə 2012-ci ildən başlanacaq: «Bakı şəhərinin qaz sisteminin yenidən qurulması işlərinə 10 ilə yaxın vaxt tələb olunacaq». Bütün işlərə 800-900 mln. avro məbləğində vəsait tələb olunur. 

 

OXŞAR XƏBƏRLƏR