Rusiyanın Krasnodar şəhərində 18-ci mərtəbədən yıxılan kişinin sağ qalması ilə nəticələnən qeyri-adi hadisə baş verib.
AZXXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Krasnodar i kray" "Telegram" kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, kişi binanın girişinin üstündəki talvarın üzərinə düşüb. Ehtimal olunur ki, talvar zərbənin təsirini azaldaraq onun həyatını xilas edib.
Kişi dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti barədə ətraflı məlumat verilmir.
Təsdiqlənməmiş məlumatlara görə, hadisəyə kişinin maliyyə problemləri və yığılıb qalmış borcları səbəb ola bilər.











































