18 oktyabr Azərbaycanda qeyri-iş günü olacaq

18 oktyabr Azərbaycanda qeyri-iş günü olacaq
Bütün Xəbərlər
15:55 09.03.2012
3454
18 oktyabr Azərbaycanda yenidən istirahət günü elan olunacaq. Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən sazişdə bildirilir ki, müstəqillik günü (18 oktyabr) iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR