Masallıda 16 yaşlı qız 8 yaşlı oğlana çoxsaylı bıçaq xəsarətləri yetirib.
AZXEBER.COM ANS-Press-ə istinadən xəbər verir ki, rayonun Ərəb kəndində 16 yaşlı Nərminə Şıxıyeva 8 yaşlı xalası oğlunu intiqam məqsədilə vurub.
Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də Nərminəni qaçıran oğlanı yaxalayıb.
Onu qaçıranın tutulmasından sakitləşməyən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb. Burada uşağı bıçaqlamağa başlayıb.
Faktla bağlı Masallı rayon cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.