18 yaşlı sürücü atasının maşını ilə 3 nəfəri vurdu

18 yaşlı sürücü atasının maşını ilə 3 nəfəri vurdu
Bütün Xəbərlər
08:01 22.04.2013
970

Zaqatalanın Aşağı Tala kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı yolu keçmək istəyən üç qadını vurulub.

AZXEBER.COM-un məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 18 yaşlı Abdulkərim Nəzərov atası Cuma Nəzərova məxsuz “Opel-Vektra” markalı, 50 BZ 629 dövlət nişan nömrəli avtomobili idarə edərkən, taksi maşınından düşərək yolu keçmək istəyən həmkəndliləri 19 yaşlı Ramilə Mirzəyeva və anası, 39 yaşlı Gülgəz Mirzəyevanı eləcə də yaxın qohumları, 39 yaşlı Sevil Ömərovanı vurub.Avtomobilin təsirindən müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç qadın Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Xəstəxananın həkimi Müşfiq Məmmədovun verdiyi məlumata əsasən, xəstələrdən Sevil Ömərova daha ciddi xəsarətlər alıb. Belə ki, o, açıq kəllə-beyn travması aldığı üçün renimasiya, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdiriliblər.Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR