19 illik ər-arvadın sevgililər günündə intiharının dəhşətli təfərrüatı - VİDEO

19 illik ər-arvadın sevgililər günündə intiharının dəhşətli təfərrüatı - VİDEO
SOSİAL
10:30 19.02.2019
11631
15 fevral tarixində Hacıqabul rayonunun Kolanı kəndində baş verən faciəvi hadisə ölkədə rezonans doğurub.

AZXEBER.COM Publika.az-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Sahib Rəsulov atasının evində özünü asıb. Hadisədən 2 saat sonra isə onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əfsanə Mayılova da eyni üsuldan istifadə edərək intihar edib.

Yaxınlarının verdiyi məlumata görə, cütlük 19 il birgə yaşayıb. Bu müddət ərzində övlad sahibi ola bilməyiblər. Bunun üçün neçə dəfə müalicə alsalar da, heç bir nəticəsi olmayıb. Onlara uşaq evindən övlada sahiblənmək də təklif edilib. Lakin onlar buna qarşı çıxıblar. Cütlük 14 fevral tarixində razılaşaraq ayrılmaq qərarına gəlib. Buna görə də Əfsanə yaşadığı evi tərk edərək əmisinin yanına gedib. Sahib isə atasına kömək etmək bəhanəsi ilə onun yaşadığı evə gəlib və bağda işləməyə başlayıb. 

Bir müddət sonra isə qonşuluqda yaşayan azyaşlı uşaq Sahibi ağacın başında görüb və ona yaxınlaşıb. Sahibin onun çağırışına cavab vermədiyini görən uşaq dərhal yaxındakı insanlara xəbər çatdırıb. Qonşular Sahibin cansız bədənini nar ağacından asılmış şəkildə tapıblar. Əmisinin evində qalan Əfsanəyə hadisənin xəbəri 2 saat sonra çatıb. Lakin yaxınlarının verdiyi məlumata görə, Əfsanə bu qara xəbərə xüsusi reaksiya verməyib. Evini yığışdırmaq bəhanəsilə qohumlarını özündən uzaqlaşdırıb və Sahiblə birlikdə yaşadıqları evə gedib. Yaxınları Əfsanənin geri qayıtmadığını görüb narahat qalıblar. Onun arxasınca getdikdə isə gördükləri mənzərə qarşısında dəhşətə düşüblər. Belə ki, Əfsanə həyətdəki hamamın tavanından özünü asaraq intihar edib...

Əfsanəni himayəsində böyüdən Niyazəli Mayılovun sözlərinə görə, Sahib həyat yoldaşına bağlı insan olub və övladların olmamasına baxmayaraq, hər zaman Əfsanəyə sevgisini, hörmətini göstərib. Sahib bütün qohumlarına, o cümlədən, Əfsanənin qohumlarına qarşı istiqanlı, mehriban insan olub. Əfsanə isə onun ölümünə dözə bilməyib və buna görə özünü öldürmək qərarına gəlib.

Mərhum cütlüyün ölümünə səbəb kimi heç bir maddi dəlil tapılmayıb. Qohumların səsləndirdiyi versiyalara görə, cütlüyün arasında məişət zəmnində konflikt olub və onlar dalaşaraq ayrılıb. Digər bir versiya isə onların övlad sahibi olmamaları ilə bağlıdır. Belə ki, qohumları ailənin övlad sahibi olmadığını əsas gətirərək ayrılmaları üçün təzyiq göstərib. Sahib və Əfsanə bu təzyiqlərə tab gətirməyib və ayrılıb. Lakin onlar bu vəziyyətə çox dözə bilməyib və razılaşaraq intihar etmək qərarı veriblər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı