19 yaşlı oğlan evə gəldi, ata-anasını və bacılarını öldürdü, pişiyinin başını kəsdi, getdi

19 yaşlı oğlan evə gəldi, ata-anasını və bacılarını öldürdü, pişiyinin başını kəsdi, getdi
Bütün Xəbərlər
12:25 31.05.2013
2798

Türkiyənin Karaman əyalətində dəhşətli ailə faciəsi baş verib.Əfqan əsilli 19 yaşlı Nəzər.A adlı gənc evdə atasını anasını və iki bacısını bıçaqlayaraq öldürüb. Gecə yarısı xeyli miqdarda spirtli içki qəbul edən gənc oğlan 52 yaşlı anası Nəsibəni, 63 yaşlı atası Əhmədi, 17 yaşlı bacısı Məsudəni və digər bacısı, 23 yaşlı Naciyəni yatdıqları yerdəcə bıçaqlayıb. Gözü dönmüş gəncin atası 63 yaşlı Əhməd.A yaralı halda şəhər meydanınadək gəlsə də, ölümdən xilas ola bilməyib. Hadisə vaxtı 19 yaşlı oğlan evdəki pişiyin də başını kəsib. O, daha sonra üstü-başı qan içində çörək almağa gedib. Burada qəzaya düşdüyünü deyib və təcili tibbi yardım çağırılmasını istəyib. Hadisə yerinə gələn həkimləri isə insanı sarsıdan vəziyyətlə üzləşiblər.

Qeyd edək ki, Karamana Vandan köçən ailənin 17 yaşlı oğlu Milad bir neçə ay əvvəl intihar edibmiş. 19 yaşlı Nəzər həmin hadisəyə görə valideynlərini və baclılarını günahkar hesab edirmiş. // lent.az

OXŞAR XƏBƏRLƏR