‘1918. Azərbaycan qətliamları foto və sənədlərdə’

‘1918. Azərbaycan qətliamları foto və sənədlərdə’
MƏDƏNİYYƏT
10:37 30.03.2012
1976

Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı kitab-albom nəşr olunub

Azərbaycanlıların soyqırımı günü ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı “1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomunu nəşr edilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, “1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomunun baş məsləhətçisi – Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, elmi redaktoru - tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərlidir. Kitab-albomda 1918-ci ilin mart və sonrakı aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımlarla bağlı uzun illər itirilmiş sayılan nadir faktoloji materiallar ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Azərbaycanlıların 1918-ci il mart soyqırımı ilə bağlı materiallar silsiləsindən olan növbəti nəşr olmaqla, kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Cənubi Qafqazın müsəlman əhalisinə və onların mülkiyyətinə qarşı həyata keçirilmiş qətliam və talan hadisələrinin araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının müəyyən etdiyi, amma Azərbaycan arxivlərində saxlanmamış faktlar əksini tapıb. Qeyd olunub ki, MTN-in dəstəyi ilə Solmaz Rüstəmova-Tohidinin 2009-cu ildə “Bakı. mart 1918. Azərbaycan talanları” və 2010-cu ildə isə “Quba. 1918-ci il aprel-may. Müsəlman talanları sənədlərdə” kitabları nəşr edilib. Hazırkı nəşrlə 1918-ci ilin mart-iyul aylarında Bakı və Şamaxı şəhərlərində, o cümlədən Şamaxı və Göyçayın yaşayış məntəqələrində qətlə yetirilən on minlərlə soydaşımızın faciəli taleyini əks etdirən nadir foto nümunələri təqdim edilir. Eyni zamanda, müsəlman əhaliyə məxsus müxtəlif təyinatlı əmlakın talan və dağıntılardan sonrakı vəziyyətini əks etdirən materiallar da yer alır. Kitabdakı fotolar Azərbaycan nümayəndə heyəti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, o cümlədən bir çox əcnəbi ölkələrin dövlət başçılarına təqdim edilib. “1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomu türk, ingilis və rus dillərində tərtib olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"