Çernobıla 1 milyard dollar ayırmaq üçün konfrans keçirilir

Çernobıla 1 milyard dollar ayırmaq üçün konfrans keçirilir
Bütün Xəbərlər
10:48 19.04.2011
1638

AZXEBER.COM portalının BBC-yə istinadən verdiyi xəbərə görə, konfrans radiasiyanı yayılmağa qoymayan yeni strukturun maliyyələşdirilməsinə 1 milyard dollar vəsait ayırmağı qarşısına məqsəd qoyub.

Dünyanın 40-dan artıq ölkəsindən və beynəlxalq təşkilatlardan olan nümayəndələr konfransın işində iştirak edir.

Bu tədbir həmçinin Çernobıl zavodunda baş vermiş qəzanın 25 illik yubileyi ərəfsində keçirilir.

Çernobıl konfransına hazırlıq uzun illər idi ki, planlaşdırılırdı, amma bu tədbir Yaponiyadakı Fukuşima nüvə zavodunda davam edən radiasiya sızması vəziyyətindən sonra yeni stimul qazandı.

Dünyada ən böyük

Ukrayna hökuməti Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Çernobılın partlamış reaktorunun üzərini örtmək üçün nəhəng arka və polad sarkofaq tikirlər.

1986-cı ildə qəzadan dərhal sonra radiasiyanı saxlamaq məqsədilə reaktorun ətrafına hörülmüş sarkofaq artıq köhnəlib və ömrünü başa vurmaqdadır.

Yeni struktur dünyada ən böyük belə tikili olacaq, hündürlüyü 100 metr, eni 250 metr, uzunluğu isə 160 metrə çatacaq.

Çərşənbə axşamı Kiyevdə keçirilən sammitdə BMT Baş katibi Ban Ki-mun və Avropa Komissiyasının prezidenti Joze Baroso da iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR