Bu, mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir”.
AZXEBER.COM-un “AzərTAC”a istinadən yaydığı məlumata görə, bu fikirlər Azərbaycanda səfərdə olan Çexiya prezidenti Vatslav Klausun mətbuat üçün verdiyi bəyanatda öz əksini tapıb.
Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə məlumatlı olduqlarını bildirən Çexiya prezidenti paytaxt Bakı ilə yanaşı, regionlardakı inkişafı da görmək imkanından məmnun qaldıqlarını deyib. Prezident Klaus Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafı ilə bağlı bir sıra məsələlər barədə də fikirlərini diqqətə çatdırıb: “Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək istərdik. Avropa İttifaqının son “Şərq Tərəfdaşlığı” Proqramına da xüsusi diqqət yetiririk. Çexiya bu ideyanın ərsəyə gəlməsində təşəbbüskarlardan biri olub. İki il bundan öncə “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o zaman orada görüşdük”.
Vatslav Klaus bildirib ki, Çexiya Azərbaycanla münasibətlərə xüsusi maraq göstərir: “Sizi əmin edə bilərəm ki, ölkələrimiz arasında münasibətlər, o cümlədən Avropa ilə Azərbaycan arasında olan əlaqələr bizim marağımızdadır”.