Çingiz Mustafayev "Next"i qabaqladı

ŞOU-BİZNES
23:11 19.11.2010
1973

 AZXEBER.COM portalının “Apa”ya istinadən verdiyi xəbərə görə,  Çingiz Mustafayev finala vəsiqə qazanan 7 iştirakçıdan biri və ilk finalçı olub. 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə 9-cu yerdə Gülçöhrə Babayeva, 8-ci yerdə Ülviyyə Abbasova, 7-ci yerdə Xana Həsənova, 6-cı yerdə Tofiq Hacıyev, 5-ci yerdə Aygün İsmayılova, 4-cü yerdə Zülfünaz Rəcəbova, 3-cü yerdə “Next” qrupu, 2-ci yerdə Adil Baxışlı qərarlaşıb. Bu həftənin qalibi Çingiz Mustafayev olub. O, Azərbaycanı mötəbər “Eurovision” yarışmasında təmsil etməyə bir addım da yaxınlaşıb. Həftənin son gününün aparacılığını həyata keçirən Hüsniyyə Məhərrəmova bildirib ki, Avropa Yayımlar Birlyiinin (EBU) qaydalarına uyğun olaraq həyata keçirilir. İlk həftənin sonuncu günündə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, tanınmış stilist Anar Ağaşikiyev, eləcə də Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae-Azerbaijan”ın üzvləri iştirak ediblər. Həftənin sonuncu günü tamaşaçılar tərəfindən çoşğu ilə qarşılanıb. 


Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 6 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 11-dən 1-i finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi həmin o 7 nəfər arasından seçiləcək. Artıq o 7 nəfərdən bir nəfərin kimliyi məlumdur.

OXŞAR XƏBƏRLƏR